|
• DünyadaBeynəlxalq təşkilatlardan həyəcan təbili: Mosul səması ölüm yağdırırİraqın Mosul şəhəri uğrunda döyüşlərdə hava hücumları dinc əhali arasında yüzlərlə insanın ölümünə səbəb olub. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bu gün “Amnesty International” hadisə şahidlərinə və hava zərbələrindən sağ qalan adamlara istinadla xəbər verir ki, İŞİD silahlıları ya dağıdılmış evlərin yanında, əsasən də damlarında və ya bağçalarda olublar, ya da basqınların hədəfi olmayan yaxın binalarda səngər düzəldiblər. Mosul uğrunda döyüşdə xeyli sayda dinc sakinin öldürülməsi hücum əməliyyatını çox çətinləşdirib. Ötən bazar günü ABŞ və İraq hökumətləri ABŞ-ın rəhbərlik etdiyi koalisiya hərbi təyyarələrinin zərbəsi nəticəsində insanların kütləvi həlak olmasına dair ittihamların araşdırılması barədə xəbər verib. Qeyd edək ki, martın 22-də güclü partlayış nəticəsində 100-dən çox adam həlak olub. Almaniyanın “dpa” agentliyinin rəsmi mənbəyinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə hökumət qüvvələri fevralın 19-dan İraq meqapolisinin qərb hissəsinə hücuma başlayandan bəri 3000-dən çox mülki şəxs həlak olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2017 15:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |