|
• DünyadaMoskvada II-ci Beynəlxalq Qurani-kərim Festivalı keçirilirRusiya paytaxtı Moskvada II-ci Beynəlxalq Qurani-kərim Festivalı keçirilir. Ahlibeyt.az-n Salamnews-a istinadən verdiyi xəbətrə görə, Festivalın keçirilməsi müxtəlif mədəniyyətlərin, adət-ənənələrin, İslam və Quran maarifinin tanıdılması məqsədi daşıyır. Eyni zamanda İslam və Qurani-kərimlə bağlı qaranlıq qalan mətləblərə aydınlıq gətirmək və yalnış düşüncələrin aradan qaldırılması da tədbirin əsas məqsədlərindən biridir. Festivalda müxtəlif ölkədən olan din xadimləri, mədəniyyət nümayəndələri və elm adamları, eləcə də Quran qareləri və hafizləri iştirak edirlər. İştirakçılar festivalın əhəmiyyətindən danışaraq bunun hər il müxtəlif ölkələrdə təşkil edilməsinin lazım olduğunu bildiriblər. “Təəssüf ki, İslam və müsəlmanlar barədə yalnış düşüncələr formalaşıb. Əksər insanlar İslam və Quranın əsl mahiyyətindən xəbərsizdir. Burada İslam və Quran haqqında müxtəlif xalqların nümayəndələrinə məlumat verilir, məsələlərə aydınlıq gətirilir. Belə festivalların keçirilməsi olduqca zəruridir", - deyə Moskva Cümə məscidinin imamı İldar Alyautdinov bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2017 14:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |