إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Şahabadi vəfat etdi

Qum Elmi Hövzəsinin ustadlarından olan Ayətullah Hacı Şeyx Məhəmməd Şahabadi bu gün səhər tezdən Tehran xəstəxanalarının birində 85 yaşında vəfat edib.

İmam Xomeyninin(r) irfan və seyri-suluk ustradı Ayətullah Məhəmməd-Əli Şahabadinin oğlu olan Məhəmməd Şahabadi artıq uzun müddət idi ki, həmin  xəstəxanada müalicə alırdı.

Ayətullah Məhəmməd Şahabadi dövrünün mərcei-təqlidləri olmuş Ayətullah Burucerdi(r), Əraki(r), Gülpəyqani(r), Mühəqqiq Damad(r) və İmam Xomeyninin(r) tələbəsi olub. Onun cənazəsi dəfn olunmaq üçün sabah müqəddəs Qum şəhərinə yola salınacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2012  18:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!