
Qum Elmi Hövzəsinin ustadlarından olan Ayətullah Hacı Şeyx Məhəmməd Şahabadi bu gün səhər tezdən Tehran xəstəxanalarının birində 85 yaşında vəfat edib.
İmam Xomeyninin(r) irfan və seyri-suluk ustradı Ayətullah Məhəmməd-Əli Şahabadinin oğlu olan Məhəmməd Şahabadi artıq uzun müddət idi ki, həmin xəstəxanada müalicə alırdı.
Ayətullah Məhəmməd Şahabadi dövrünün mərcei-təqlidləri olmuş Ayətullah Burucerdi(r), Əraki(r), Gülpəyqani(r), Mühəqqiq Damad(r) və İmam Xomeyninin(r) tələbəsi olub. Onun cənazəsi dəfn olunmaq üçün sabah müqəddəs Qum şəhərinə yola salınacaq.