|
|
Bu il baharın Azərbaycana qədəm qoyacağı vaxt açıqlanıbBu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq Ahlibeyt.az-ın məlumatına görə, bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov açıqlama verib. Məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Rəsədxana rəsmisi bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir. Xatırladaq ki, fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbə qeyd edilib. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən,bu il Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23 və 24-ü qeyri-iş günləridir. Martın 18, 19, 25 və 26-sı şənbə və bazar günlərinə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı 9 gün olacaq. Martın 27-si isə iş günü hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2017 12:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |