إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda daha 19 məscid ARDNŞ tərəfindən pulsuz qazla təmin olunacaq

ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2017-ci ildən etibarən Bütün Gürcüstan Müsəlmanları İdarəsi ilə məscidlərin təmənnasız olaraq qazla təmini barədə razılığa gəlib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov məlumat verib.

O deyib ki, ötən ilə qədər digər dinlərə məxsus məbədlərlə yanaşı Gürcüstanda olan məscidlərdən 20-si bu yardım proqramından faydalana bilib. Bu ildən etibarən isə həmin siyahıya 19 məscid əlavə olunaraq ümumilikdə 39 məscidə şamil olunması nəzərdə tutulub.

Bütün Gürcüstan Müsəlmanları İdarəsi olaraq bu xeyirxah addıma görə Azərbaycan dövlətinə, Azərbaycanın Dövlət Neft Şirkətinə və ARDNŞ-nin Gürcüstandakı Nümayəndəliyinin Direktoru Mahir Məmmədova minnətdarlığını bildiririk, deyə R.İgidov bildirib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2017  16:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!