|
• DünyadaSəudiyyə Ərəbistanında erkən İslam abidələrinin dağıdılmasıErkən İslama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir... Erkən İslama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir. Əsasən Hz. Məhəmməd (s) və erkən İslam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır. Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir.
Səudiyyə Ərəbistanı - Hicazda İslam
Hicazın idarəetmə hüququ daxildən Nəcd (vəhhabi) müsəlmanlarının əlinə keçdikdə Vəhhabi alimləri burdakı yerli dini mərasimləri dinin əsas fundamentlərini əvəz edən əsassız xurafat və bidət hesab etdilər.[5] Bunun ardınca Hz. Məhəmmədin (s) ailəsi və səhabələrinə məxsus tikililər, türbələr, məqbərələr və məscidlərin məhv edilməsinə başlandı. Tikililərin ilkin məhv edilməsi prosesi 1806-cı ildə Birinci Səudiyyə Dövlətinin vəhhabi ordusu Mədinəni işğal etdikdə və sistematik olaraq Cənnət əl-Bəqi qəbiristanlığındakı tikililərin bir çoxunu məhv edərək düzəngaha çevirdiklərində başlanmışdı.Peyğəmbər məscidinin (Məscid ən-Nəbəvi) yaxınlığındakı bu böyük qəbiristanlıq Məhəmmədin ailəsinin bir çox üzvlərinin, yaxın səhabələrinin və erkən İslamın əsas şəxsiyyətlərinin qalıqlarına ev sahibliyi edir. Daha tolerant olan və öz zamanlarında İslamın mistik qolunu təmsil edən Osmanlı türkləri Bəqi qəbiristanlığında qəbirlər üzərində möhtəşəm məqbərələr tikmişdilər. Bütün bunlar vəhhabilər tərəfindən dağıdılmışdı. Şəhər ətrafındakı məscidlər də hədəfə alınmışdı və hətta Məhəmmədin məzarının dağıdılmasına da cəhd edilmişdi. Bu sonuncu hərəkətin (Hz. Məhəmmədin (s) məzarının dağıdılmasına cəhdin) Hindistandan belə geniş müsəlman ictimaiyyəti tərəfindən tənqid olunması son nəticədə bu tikiliyə yönəlmiş cəhdin qarşısını aldı. Səudiyyə tərəfindən türklərin ərazi nəzarətinə qarşı siyasi iddiaları Osmanlı-Səudiyyə müharibəsinin başlanğıcını qoydu. Müharibənin sonunda Səudiyyə uduzdu və nəticə olaraq vəhabi tayfa üzvləri Hicazdan içəri doğru geri çəkilməyə məcbur oldular. Türk ordusu regiona nəzarəti yenidən ələ keçirdi və daha sonra 1848-1860-cı illər ərzində müqəddəs tikililərin bərpasını həyata keçirdi. Bu tikililərin əksəriyyəti Osmanlı dizayn və usta işinin ən yaxşı nümunələri ilə işlənmişdir. 21 aprel 1925-ci il tarixində Bəqidəki məqbərə və gümbəzlər yenidən yerlə yeksan edildi[9] və Hz. Məhəmməd (s) onun ailə üzvləri və nəslinin qəbirləri bu günə qədər də həmin vəziyyətdə qalıblar. Hz. Məhəmmədin (s) məzarı üzərində yazılan, müəllifi əhli-sünnə alimi Məhəməd əl-Busiri (1211-1294) olan məşhur əl-Burda qəsidəsinin (qəbirdə qəsidədən bir parça yazılmışdı) üzəri rənglənərək görünməz hala salınmışdı. Həmin vaxt hədəf alınan səciyyəvi tikililər arasında Hz. Məhəmməd (s) onun əmisi və ən sevimli dəstəkçilərindən olan məşhur Həmzə ibn Əbdülmütəllib də daxil olmaqla Uhud döyüşü şəhidlərinin məzarları, Hz. Məhəmmədin (s) qızı Hz. Fatimeyi-Zəhra Məscidi, Minarəteyn məscidi, həmçinin Uhud döyüşündə Hz. Məhəmmədin (s) aldığı zərbədən sınan dişinin basdırıldığı yerdə ucaldılan qübbə - Qübbətül-Sənaya[9] da var idi. Bu müddətdə Mədinədə Hz. Məhəmmədin (s) misirli xristian (qubti) həyat yoldaşı Mariyanın evi və onların övladı İbrahimin doğum yeri olan Məşrubat Ümmü İbrahim, həmçinin onun yaxınlığındakı Hz. Musa əl-Kazımın (ə) anası Həmidə əl-Bərbəriyyənin məzarı da dağıdılmışdı.[9] Bu ərazi yenidən döşənmiş və hazırda məscidin yanındakı böyük mərmər eksplanadanın bir hissəsidir. Səudiyyə Ərəbistanının dövlət tərəfindən təyin edilmiş daimi elmi komitəsi şirkə aparan həddən artıq göstərilən ehtiramı qeyd edərək İslami qaydalar silsiləsində bu cür tikililərin uçurulmasına göstəriş vermişdir.[10] Dini irs əraziləri üzrə siyasətin tənqidi
Dağıdılmış tikililər
Aşağıda dağıdılmış tikililərin tam olmayan siyahısı verilmişdir.
Məscidlər
Bəni-Haşimin qəbirləri. Məkkədə yerləşir. Mədinə yaxınlığında Uhud dağındakı Həmzənin (ə) və digər Uhud döyüşü şəhidlərinin türbələri dağıdılmışdır. Həvvanın türbəsi. Ciddədə yerləşir.1975-ci ildə betonla möhürlənib.
Hz. Məhəmmədin (s) birinci həyat yoldaşı Hz. Xədicənin (ə) evi.Müsəlmanların inancına görə, ilk vəhylərin bir qismi həmin evdə nazil olub. Həmçinin həmin evdə övladları Hz. Fatimə və Qasım dünyaya gəliblər. 1989-cu ildə Məscidül-Haramın genişləndirildiyi vaxt üzəri örtülmüş və sonra isə kitabxanaya çevrilmişdir. Hz. Məhəmmədin (s) Məkkədən hicrət etdikdən sonra Mədinədə yaşadığı ev.
Zəmzəm quyusu üzərində tavan rolunu oynayan gümbəz. Mədinədə yerləşirən "Beytül-əhzan" - Hz. Fatiməyə (s.ə) məxsus olduğu deyilən ev. Atası Hz. Məhəmmədin (s) ölümünə kədərləndiyindən bu evdə yas saxladığı üçün azərbaycanca "Qəm evi" mənasına gələn "Beytül-əhzan" adlandırılıb. İmam Cəfər əs-Sadiqin (ə) evi. Məkkədə yerləşən Bəni Haşim Məhhəllə kompleksi. İmam Həsən və Hüseynin (ə) doğulduğu ev olan Hz. Əlinin (ə) evi. Mənbə: İslamazeri.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2017 11:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |