إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT Dəməşqdə İraqlı zəvvarlara qarşı törədilən terrorla bağlı bəyanat yaydı

BMT Baş katinin rəsmi nümayəndəsinin müavini Dəməşqdəki terror hücumları ilə bağlı münasibət bildirib.

Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə əsasən,bu barədə RiaNovosti məlumat yayıb.

BMT-in Baş katibi Antoniu Quterreş ötən həftə sonu Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş terror aktlarını pisləyib. Məlum hücumun qurbanı iarqlı şiə zəvvarlar olublar.

“Baş katib Dəməşqdəki terror aktını pisləyir.”, - deyə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haqq bidirib.

Baş katib son hücumu “cinayətkarlar tərəfindən insan həyatına qarşı laqeydsizliyin son dərəcəsi” adlandırıb və həlak olanlar və xəsarət alanların ailələrinə baş sağlığı verib.

“Partlayışı törədənlər, dinc insanlara qarşı hücum edən hər bir kəs kimi məsuliyyətə cəlb edilməlidir.”, - deyə bəyanatda deyilir.

“əl-Vətən” qəzeti bildirmişdi ki, şənbə günü səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərinin Bab-Musəlla rayonunda yerləşən Bab əs-Səğir məzarlığının yaxınlığında 2 partlayış baş verib.

Ard-arda baş verən 2 terror aktının məsuliyyəti “Levatın azad edilməsi təşkilatı” adlı terror qruplaşmalarının ittifaqı öz üzərinə götürüb.

Qeyd edək ki,martın 11-də tpörədilər terror aktı nəticəsində 40-dan çox iraqlı zəvvar həyatını itirmiş 120 nəfərə qədər yaralanmışdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2017  10:37 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!