إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT qərbi Mosula humanitar yardım çatdırmağa başlayıb

BMT İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilmiş qərb rayonlarında humanitar aksiyaların həyata keçirilməsinə başlayıb.

Ahlibeyt.az-ın Salamnews-aistinadən verdiyi xəbərə görə,bu barədə TASS məlumçat yayıb.

Məlumata görə,barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

Onun sözlərinə görə, martın səkkizində humanitar işçilər azad edilmiş rayonlara bir neçə gün ərzində ən zəruri istehlak malları çatdırmağa müvəffəq olublar. Cənub-qərb məhəllələrinin 5 mindən çox sakininə ərzaq məhsulları, su və gigiyena vasitələri çatdırılıb.

Fərhan Hak bildirib ki, beynəlxalq təşkilat və onun tərəfdaşları ehtiyaclı ailələrə yardım üçün yeni humanitar yardımlar göndərməyə hazırlaşırlar.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2017  11:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!