
BMT İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilmiş qərb rayonlarında humanitar aksiyaların həyata keçirilməsinə başlayıb.
Ahlibeyt.az-ın Salamnews-aistinadən verdiyi xəbərə görə,bu barədə TASS məlumçat yayıb.
Məlumata görə,barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.
Onun sözlərinə görə, martın səkkizində humanitar işçilər azad edilmiş rayonlara bir neçə gün ərzində ən zəruri istehlak malları çatdırmağa müvəffəq olublar. Cənub-qərb məhəllələrinin 5 mindən çox sakininə ərzaq məhsulları, su və gigiyena vasitələri çatdırılıb.
Fərhan Hak bildirib ki, beynəlxalq təşkilat və onun tərəfdaşları ehtiyaclı ailələrə yardım üçün yeni humanitar yardımlar göndərməyə hazırlaşırlar.