|
• DünyadaİŞİD başçıları Raqqadan da qaçmağa başladılarABŞ Müdafiə Nazirliyindəki mənbə İŞİD rəhbərləri haqda məlumat yayıb. Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə "NewYork-Times" məlumat yayıb. Məlumata əsasən, İŞİD terror təşkilatının rəhbərliyinin bir sıra nümayəndələri Suriyanın Raqqa şəhərini tərk ediblər. ABŞ Müdafiə Nazirliyindəki mənbədən bildiriblər ki, Raqqadan qaçan İŞİD komandirləri Suriya və İraqdakı digər “daha təhlükəsiz” şəhərlərə getmək niyyətindədirlər. Bildirilib ki, Raqqada 3-4 min terrorçu qalaqdadır. Daha əvvəl Pentaqon nümayəndəsi bildirmişdi ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Raqqadadır. Lakin fevral ayının ortasında İraq hərbçiləri bildiriblər ki, əl-Bağdadi Raqqadan İraq ərazisinə gəlib. “Reuters” agentliyi isə ABŞ və İraq kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən ötən gün bildirib ki, əl-Bağdadi, çox güman ki, İraq ərazisindəki səhrada gizlənir və terrorçuların dayaq məntəqələrində peyda olmamağa çalışır. O, gün ərzində bir neçə dəfə məkan dəyişdirir, daha çox İŞİD-in işğalı altındakı dinc sakinlərin yaşadığı yaşayış məntəqələrində dayanır, terrorçuların dayaq məntəqələrində yox. Bundan başqa, terrorçuların lideri izlənilmə ehtimalı olduğu üçün rabitə vasitələrindən istifadə etmir. Qeyd edək ki, Raqqa şəhəri İŞİD-in Suriya “paytaxtı” hesab olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2017 12:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |