|
• DünyadaAlmaniyanın Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcəkAlmaniyanın cənubunda yerləşən Baden-Vürtemberq vilayətinin Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcək. Ahlibeyt.az Maide.az-a istinadən xəbər verir ki, Ştutqart şəhərində tikiləcək məscidin günbəzinin hündürlüyü 30 metr olacaq. Məscid 1600 kvadratmetr ərazidə tikilir. Məscidin həmçinin uca minarələri olacaq. Yeni tikiləcək məscid Baden-Vürtemberq vilayətinin Manhaym şəhərindəki məsciddən sonra ikinci ən böyük məscid olacaq. Məscidin tikintisinə 15 milyon avro vəsait nəzərdə tutulub. Məscidin tikintisinə yaxın 6 ay ərzində bütün lazımi sənədlər toplandıqdan sonra başlanacaq. Məsciddə eyni vaxtda 2000 nəfər ibadət edə biləcək. Bundan başqa məscidin nəzdində müsəlmanlar üçün müxtəlif mədəni proqramların keçirilməsi və kursların təşkili nəzərdə tutulub. Məscidin tikintisini Türkiyə şirkəti həyata keçirəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2017 11:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |