إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Prezident İlham Əliyevin və İranın Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub - Foto

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneyi ilə görüşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İranın ali dini rəhbərinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə,Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşü zamanı Ayətullah Xamneyi bildirib ki, ortaq məzhəb İran İslam Respublikasının Azərbaycan xalqına və bu ölkənin dövlət rəsmilərinə qarşı yaxınlıq və doğmalıq hissi keçirməsinə səbəb olan ən mühüm amildir.

Ayətullah Xamenei iqtisadi münasibətlərə toxunaraq qeyd edib ki, hazırda iqtisadi əməkdaşlıqların səviyyəsinə uyğun olaraq, qarşılıqlı mübadilələr hər iki ölkənin potensial və imkanları çərçivəsində dəfələrlə artırıla bilər.

Dini leder Azərbaycan dövlətinin İran İslam Respublikası ilə bağlı mövqelərini, xüsusilə nüvə müzakirələri məsələsindəki mövqeyini çox yüksək qiymətləndirdi: “Azərbaycan dövləti siyasi dairələrdə həmişə İranın yanında olmuşdur. Bu müsbət mövqelər iki ölkəni bir-birinə əvvəlkindən daha da çox yaxınlaşdırır”.

İslam İnqilabının Rəhbəri qeyd edib ki, İranla Azərbaycanın yaxın əlaqələri düşmənləri qəzəbləndirir: “Bədxah sionist rejimi İranla Azərbaycanın qardaşlıq əlaqələrini zəiflətmək üçün bütün düşmənlərdən daha artıq çalışır. Bunun müqabilində mövcud səmimi münasibətləri qorumaq lazımdır”.

O, habelə Azərbaycan xalqını və onun dini baxışlarını yüksək qiymətləndirərək bildirib: “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın dini hisslərinə uyğun davranmaqdadır. Bu davranış elə şəkildə olmalıdır ki, xalq dövlətin dini məsələlərə münasibətindən qətiyyən narahatlıq hissi keçirməməlidir”.

Ayətullah Xamenei vurğuladı ki, xalqın razılığının qazanılması və ona arxalanmaq dövlətlər qarşısında toxunulmazlıq əldə eidlməsinin ən mühüm amildir: “Əgər Azərbaycan dövləti xalqa arxalanarsa, heç bir dövlət sizə zərər yetirə bilməz. Biz də Azərbaycan xalqı və dövlətinin uğur qazanması üçün dua edirik”.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında tarixi, mədəni və dini əlaqələrə işarə edərək deyib: “İran və Azərbaycan həmişə bir-birinin yanında olub. Keçən il bir milyona yaxın azərbaycanlı İrana səfər edib, bu mədəni və dini əlaqələrin nümunələrindəndir”.

Prezident İlham Əliyev İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə görüşlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.

Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin tarixi hadisə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu, nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev iki ölkə arasında ixtilafların yaradılmasına cəhdlərə işarə edərək bildirib: “İki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir və düşmənlərin səyləri boşa çıxacaq”.

Prezident İlham Əliyev Bakı və Tehran əlaqələrinin inkişaf mərhələsində olduğunu qeyd edərək deyib: “Son üç ildə mən üç dəfə İrana səfər etmişəm, cari ildə həmkarlıq haqda 20 sənəd imzalanıb. İki ölkənin ticari əlaqələri keçən ilə nisbətən 70% artıb”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2017  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!