|
• Mənəviyyat • MənəviyyatAşkar günah - "Kumeyl Duası"nın fəzilət və şərhiBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Aşkar günah Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır ("Ənam” surəsi, ayə 151). Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur. Mömin insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu çirkab kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr-be-məruf və nəhy-əz-münkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz. Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən təsirli vasitədir. İmam Sadiq (ə) buyurur:"Həya imandandır, iman isə behiştədir”. İslam Peyğəmbəri (s) buyurur: "Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar." ("Kafi”, 3-450.) Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: "Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et.”("Biharul-ənvar”, 1-150.) İmanlı qadının həyası İmam Səccad (ə) buyurur: "Bir şəxs ailəsi ilə birlikdə dəniz səfərində ikən gəmi qəzaya uğrayır və onun arvadından başqa bütün müsafirlər həlak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birinə çıxa bilir. Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas olmuş qadınla rastlaşır. "Sən insansan, yoxsa cin”, deyə qadından soruşur. Qadın cavab verir ki, «insanam». Zalım quldur qadınla bir söz danışmamış ona öz halalı kimi yaxınlaşır. Qadın onun bu hərəkətindən həyəcanlanıb, titrəməyə başlayır. Quldur soruşur ki, «nə üçün narahatsan?» Qadın əli ilə yuxarıya işarə edib, "ondan qorxuram” deyir. Quldur sual verir: "Nə etmisən ki, Ondan qorxursan?” Qadın elə bir iş görmədiyinə and içir. Quldur deyir: "Sən elə bir iş görmədiyin halda Allahdan qorxursan, səni ki, bu işə mən məcbur edirəm. Ona görə də mən daha çox qorxmalıyam”. Quldur bu sözləri deyib, qadına toxunmadan ondan uzaqlaşır. Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin yandırıcı şüaları hər iki yolçunu taqətdən salır. Rahib öz yoldaşına deyir: "Dua et ki, Allah bir bulud yetirib, bizi günəşin istisindən qorusun”. Gənc cavab verir: "Mənim elə bir yaxşı əməlim yoxdur ki, Allahdan nə isə istəməyə cürət edim”. Rahib deyir: "Onda mən dua edim, sən "amin” de”. Rahib dua edir, gənc "amin” deyir. Tezliklə başlarının üzərində görünən bulud onların üstünə kölgə salır. Günün yarısını kölgədə gedən yolçular, nəhayət yol ayrıcına çatırlar. Bulud gəncin getdiyi yola yönəlir. Rahib gənci çağırıb deyir: "Sən məndən üstünsən. Duamız da sənə xatir qəbul oldu. Mənə bu üstünlüyün sirrini aç”. Gənc, qadınla adada olan görüşünü açıb söyləyir. Rahib deyir: "Sən Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra gələcəyini düşün”.("Mizanul-hikmət”, 1-184.) Ardı var... Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2017 16:16 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |