|
"Kumeyl Duası"nın fəzilət və şərhi - Allah bəndələrinə məsxərəBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Allah bəndələrinə məsxərə İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir. "Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: "Onlar möminlərlə qarşılaşdıqları zaman "biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə "biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”. İslam Peyğəmbəri (s) bildirir ki, Allah-Taala belə buyurmuşdur: "Mənimlə dostluqdan çəkinən, mənimlə döyüş üçün pusqu qurmuşdur”. İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət zamanı bir nida ucalar: "Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: "Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dininə məsxərə edənlərdir”. Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah-Taala buyurur: "Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.” İnsanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır. Əhdi pozmaq Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır. "Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: "Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. "Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: "O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. "İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: "Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. "Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: "Ey iman gətirənlər, əhdlərə sadiq olun”. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: Onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” İmam Sadiq (ə) buyurur: "Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”. Ardı var... Əvvəli: http://ahlibeyt.az/news/a-5187.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2016 11:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |