إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Kumeyl Duası"nın fəzilət və şərhi - Günahlar əməllərin cəzasını tezləşdirir

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

VIII hissə - Günahlar əməllərin cəzasını yaxınlaşdırır

"Allahumməğfirliyəz-zunubəl-ləti tunzilui-niqəm”

("Pərvərdigara! Cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla”)

Bir çox günahlar əməllərin cəzasını yaxınlaşdırır, tezləşdirir. "Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:

1. Zülm (bəğy);

2. Başqalarının hüququna təcavüz;

3. Allahın bəndələrinə məsxərə etmək;

4. Əhdi pozmaq;

5. Aşkar günah;

6. Yalanı açmaq;

7. Dinə zidd mühakimə;

8. Zəkat ödəməmək;

9. Ölçüdə çəkidə əskiklik.

"Bəğy” - həqiqət qarşısında itaətsizlik

"Bəğy” dedikdə həqiqət qarşısında itaətsizlik, ilahi hədlərin pozulması, fəsad, günah nəzərdə tutulur. "Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur: "Doğrudan da Qarun Musa qövmündən idi və onlara zülm etmişdi”. "Şura” surəsinin 27-ci ayəsində oxuyuruq: "Əgər Allah bəndələrinin ruzisini gen-bol edərsə onlar yer üzündə fəsad törədərlər”. "Məryəm” surəsinin 28-ci ayəsində isə belə buyurulur: "Ey Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.”

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.”("Şəms”, 9-10.)

İmam Sadiq (ə) buyurur: "Mömində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm”.("Şərhe-Nəhcül-Bəlağə”, 6-337.)

Xalqın hüququna təcavüz

Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəl-abidin (ə)-ın hüquq risaləsidir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.

Ardı var...

Əvvəli:

http://ahlibeyt.az/news/a-5078.html

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2016  13:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!