|
• DünyadaMisir Prezidenti: Suriya Ordusunu dəstəkləyirikMisir prezidenti Rəsmi Qahirənin Suriya Ordusunun terrorçulara qarşı müharibəsini dəstəklədiyini açıqlayıb... Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Misir Prezidenti Əbdülfəttah Sisi cümə günü Almaniya Baş naziri Angela Merkellə Qahirədə keçirdiyi görüşdə Misirin Suriyanın yenidən qurulması və böhranın həll olunması üçün siyasi bir həll yolu və vahid bir Suriya istədiyini söyləyib. Sisi həmçinin Qahirənin Suriya ordusunu radikalları məhv etmə və eyni zamanda bu ölkənin torpaqlarını geri almaq məsələsində dəstəklədiyini bildirib. Misir prezidenti həmçinin regionda terrorçuluğu dəstəkləyənlərə qarşı şəffaf və qətiyyətli mövqe nümayiş etdirməyin lazımlı olduğunu vurğulayaraq, "Biz Suriya xalqını terrorçuların əllərinə buraxmaq istəmirik", - deyib. Keçən ilin oktyabr ayında Dəməşq hökuməti regionda terrorçuluğa qarşı müharibədə Misirdən onları dəstəkləməsini istəyib. Suriya Milli Təhlükəsizlik Təşkilatının başçısı Əli Məmlük ötən ilin oktyabrın 16-da Qahirəyə həyata keçirdiyi rəsmi səfərdə Misir Kəşfiyyat Təşkilatının sədri Xalid Fəvzi və digər bir sıra Misirin yüksək səviyyəli kəşfiyyat rəsmiləri ilə görüşüb və terrorçuluqla mübarizə məsələsində danışıqlar və fikir mübadiləsi aparıb. Bu görüşdə iki tərəf də siyasi yanaşmaları koordinasiya etmək və terrorla mübarizədə qarşılıqlı əməkdaşlıqlarını yaxşılaşdırma mövzusunda razılaşıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2017 16:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |