|
• DünyadaTbilisi Cümə məscidində xanım Fatimeyi-Zəharanın (s.ə) şəhadət mərasimi keçirilibTbilisi Cümə məscidində Hz. Peyğəmbərimizn (s) əziz qızı, Hz. İmam Əlinin həyat yoldaşı və imamlar anası Hz. Fatimeyi Zəharanın (s.ə) şəhadət günləri ilə bağlı “Quranla qəm gecəsi” adlı mərasim təşkil olunub. Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə, mərasimdə tanınmış Quran qiraətçisi Hacı İlkin Həsənzadənin tilavəti ilə Qurandan surələr oxunub. Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidov və Gürcüstandakı Əl-Mustafa Elm Mərkəzlərinin rəhbəri Hacı Davud Zare Hz. Fatimeyi Zəhranın (s.ə) məqam və fəzilətlərindən söhbət açaraq, məsum xanımın yaşayış tərzindən müsəlmanlara örnək olacaq cəhətlərindən söz açıblar. Sonda Azərbaycandan mərasimə dəvət olunan Əhlibeyt məddahı Seyyid Rəhman Hz. Fatimənin (s.ə) şəhadətindən bəhs edən rövzə və mərsiyələr oxuyaraq məclisi qəmləndirdi. Mərasim ehsan və dualarla sona çatdı. Qeyd edək ki, 20 günlük Əyyami - Fatimiyyə (s.ə) günlərində Gürcüstanın bir çox şəhər, rayon və kəndlərində də belə mərasimlər təşkil olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2017 16:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |