|
Tanınmış ilahiyyatçılar islam ensiklopediyasının hazırlanmasına cəlb ediləcəklərAzərbaycanda ilk dəfə olaraq uşaqlar və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanması məqsədilə hazırda dünya ölkələrinin təcrübəsi öyrənilir. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib. Gündüz İsmayılov qeyd edib ki, daha sanballı ensiklopediyanın nəşri üçün həm İslam, həm Avropa ölkələrinin təcrübəsi araşdırılır. Ensiklopediyanın hazırlanması üçün Redaksiya Şurası yaradılıb və bu işə Azərbaycanın tanınmış ilahiyyatçıları, pedaqoqları cəlb olunacaq. Dövlət Komitəsi sədrinin müavini bildirib ki, uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanmasında əsas hədəf İslamla bağlı düzgün maarifləndirmə aparmaqdır. Çünki araşdırmalar göstərir ki, dini radikalların əsas hədəfi yeniyetmə və gənclər olur. Ona görə də bu yaş qrupunda olan insanlar arasında maarifləndirmə daha çox aparılmalıdır. Bu baxımdan Dövlət Komitəsi digər qurumlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə gənclər təşkilatlarında, Silahlı Qüvvələrdə, cəzaçəkmə müəssisələrində, ali və orta təhsil müəssisələrində maarifləndirmə işini daha çox aparır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2017 12:15 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |