إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-in Samirraya hücumunun qarşısı alındı: 160 terrorçu məhv edildi

İraq təhlükəsizlik qüvvələri İŞİD-in Samirraya hücumunun qarşısını alıblar

Ahlibeyt.az-ın İslamazeri.az-a  istinadən verdiyi xəbərə əsasən,məlumat “Sumarianews” tərəfindən yayımlanıb.

Samirra şəhərinə hücuma hazırlaşan terrorçulara hücum edən təhlükəsizlik qüvvələri, 160 terrorçunnu öldürüb, 70 nəfəri isə yaralayıb.

Dünən də ölkə qüvvələrinin Mosulda keçirdiyi əməliyyat nəticəsində 96 terrorçu öldürülüb, 13 bomba ilə quraşdırılmış maşın zərərsizləşdirilib. Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatını keçirən İraq təhlükəsizlik qüvvələri şəhərin qərbində yerləşən əsas hökumət kompleksinə yaxınlaşır.

İraq HHQ-nə məxsus qırıcılar əl-Bəyza rayonuna zərbələr endirərək 15 terrorçunu məhv edib. Öldürülmüş terrorçulardan 10-u kamikadze hücumları törətməyi planlayırmışlar.

Bildirilir ki, İraq HHQ ər-Ruman rayonunda da terrorçuların toplaşma yerinə hücum edib. Nəticədə 1 başçı da daxil olmaqla, 11 terrorçu məhv edilib.

İraq hərbi təyyarələri ölkənin qərbində yerləşən əl-Qaimə də zərbələr endiriblər. Daha 15 terrorçu da burada məhv edilib.

İraq xalq könüllüləri isə ötən gün Təl-Afər şəhərindəki terrorçuların mövqelərinə artilleriya zərbələri endiriblər. Nəticədə 48 terrorçu zərərsizləşdirilib

Qeyd edək ki,İmam Əliyyən Nəqi(ə) və İmam Həsən Əsgərinin məzarları Samirra şəhərində .yerləşir.Türbə təkfirçi qruplar tərəfindən 2006-cı ildə təmamən partladılmışdır və  2009 cu ildə bərpa edilərək ziyarətçilərin üzünə açılmışdır.

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2017  10:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!