إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həzrət Musa peyğəmbəri(ə) təhqir edən jurnal bağlandı

Türkiyənin məşhur yumoristik jurnalı olan "Girgir dergisi" bütün müsəlmanların hörmətlə yanaşdığı və şəriət sahibi olan Həzrət Musa (ə) peyğəmbəri gülüş hədəfinə çevirdiyi üçün bağlanıldı.

Ahlibeyt.az-ın İqna-ya sitinadən məlumatına görə, Türkiyənin məşhur yumoristik jurnalı olan "Girgir dergisi" bütün müsəlmanların hörmətlə yanaşdığı, səmavi kitab və şəriət sahibi olan Həzrət Musa (ə) peyğəmbəri gülüş hədəfinə çevirdiyi üçün bağlanıldı.

"Girgir dergisi" juranlının bağlanılması və işinin dayandırılması barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.

"Girgir dergisi" juranlının bütün müsəlmanların hörmətlə yanaşdığı, səmavi kitab və şəriət sahibi olan Həzrət Musa (ə) peyğəmbəri gülüş hədəfinə çevirməsinin ardınca sosial şəbəkələrdə bu həyasız addımın əleyhinə etirazlar başladı.

Etirazların ardınca isə Türkiyənin prezident aparatının sözçüsü İbrahim Kalin bu barədə açıqlama verərək dedi: Bu cür yumorlar söz azadlığı deyil, sırf əxlaqsızlıqdır. Biz dini müqəddəslərə qarşı yönələn bu təhqiri şiddətlə qınayırıq.

Qeyd edək ki, "girgir dergisi" jurnalı Türkiyənin "Sözçü" qəzetinin tərkib hissəsidir və həmişə yumoristik yazılar dərc edirdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2017  13:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!