إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda "Kufi xətti" ilə yazılmış qədim Quran tapıldı - FOTO

İraqın Kərbəla şəhərində Quran- Kərimin "hicrət"in 299-cu ilinə aid olan "Kufi xətti" ilə yazılmış yeni əlyazma nüsxəsi tapılıb

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı" xəbər verib.

Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının rəsmi informasiya portalının yaydığı məlumata görə, "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın müdiri Müştaq əl-Müzəffər deyib: "Bu təşkilat tərəfindən araşdırmalar nəticəsində kəşf edilmiş Quran- Kərim nüsxəsi ən qədim əlyazma nüsxədir. Bu Quran "Kufi" xətti ilə yazılmışdır və təşkilatın digər qədim əlyazma Quran nüsxələrinə əlavə edildi."

Bu məlumatda deyilir ki, bu son nüsxə ilə Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın qədim əlyazma Quran nüsxələrinin sayı 20-dən çox oldu.

"Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın son işi "Mişkatul- Ənvar" kitabının müəllifi və məşhur təfsir alimi Şeyx Təbərsinin "Künuzun-Nəcah" kitabının tədqiq və təshihi olmuşdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2017  14:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!