إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

50 il İslam dinini öyrənən mərcei-fəqidin vəsiyyəti (foto)

İslam dini fərdi əhkamlar tapşırmaqla yanaşı bizə ictimai göstərişlər də tapşırmışdır. Dinimiz bizə birgə yaşadığımız insanlara yardım etməyi və onların problemlərinin həll olunmasında yaxından iştirak etməyi xüsusilə qeyd etmişdir. Bu barədə məsumlardan onlarla hədislər buyrulmuşdur.

İslam dinində camaata kömək etməyin nə qədər mühüm bir göstəriş olduğunu çatdırmaq üçün dövrümüzün məşhur mərcei-təqlidlərindən olan Ayətullahul-Üzma Şeyx Fazil Lənkəraninin(r) vəsiyyətindən bir neçə cümləni təqdim edirik.

 

"Rəhman və Rəhim Allahın adı ilə!

Mən 50 ildir ki, İslam dinini öyrənirəm. İcazə ver oxuduqlarımın xülasəsini sənə deyim.

Vacibatları yerinə yetir. Müstəhəb əməl etməyin əvəzinə isə bacardığın qədər camaatın işlərini görməyə tələs və onların çətinliklərini həll etməyə çalış.

Və əgər Qiyamət günü səndən bunu niyə etdiyini soruşsalar, denən Fazil demişdi."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2011  18:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!