|
• Dünyadaİslam inqilabının 38-ci ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri başlayıbİslam inqilabının 38-ci ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri başlayıb - Eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşlər başlayıb. Ahlibeyt.az-ın APA-nın Tehran bürosuna istinadən məlumatına görə, paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib. Paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edib. Onlar “İstiqlal!”, “Azadlıq!”, “İslam Cümhuriyyəti!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” və s. şüarlar səsləndirib, əllərində Donald Trampın müsəlmanlara və İrana qarşı siyasətini pisləyən plakatlar daşıyıblar. Eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşlər başlayıb. İran prezidenti Həsən Ruhani Tehranın Azadlıq meydanına toplaşan yürüş iştirakçıları qarşısında çıxış edib. O bildirib ki, islam inqilabı İran tarixində önəmli dönüş nöqtəsidir: “İslam inqilabı İranı əcnəbilərə və Amerikaya bağlılıqdan qurtardı, xalqın taleyi öz əlinə keçdi”. H. Ruhani ABŞ-ın İran xalqının hüquqlarını pozduğunu və mal varlıqlarını qəsb etdiyini vurğulayıb. O, ötən həftələr ərzində Amerika ilə bağlı Haaqa məhkəməsinə şikayət verdiklərini söyləyib. H. Ruhani çıxışında İranın əldə etdiyi uğurlardan danışaraq deyib ki, ötən il İranın qeyri-neft ixracatı 900 milyon dollar artıb: “Bu il də qeyri-neft ixracatında artım gözlənilir. Ötən 3 il müddətində İran büdcəsinin neftdən asılılığı hər il azaldılıb”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2017 16:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |