|
• DünyadaİŞİD-dən İstanbulda uşaqlara şəriət təhsiliİstanbulda 35 İŞİD-çi haqqında olan iddianamədə "sübyan məktəbi" adı altında uşaqlara şəriət təhsili verildiyi, kiçik uşaqların Kalaşnikovlarla fotoşəkillərinin çəkildiyi yazılıb... Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Türkiyənin "Vatan" qəzeti məlumatında bildirilib. İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən 35 İŞİD üzvü haqqında aparılan istintaqın iddianaməsində təəccüblü bir detal daha ortaya çıxıb. Məlumata görə, məhbus şübhəlilərin arasında olan Səlim S. adlı bir IŞİD-çinin Türkiyə parlamenti (TBMM) və İstanbuldakı mühüm təşkilatların qarşısında bu qurumları kəşf edərkən görüntülənmişdi. Eyni iddianamədə terror təşkilatının "sübyan məktəbi" adı altında uşaqlar üçün dərnəklər qurduqları da qeyd edilib. Şübhəlilərdən ələ keçirilən disklərdə edilən araşdırmada Sultanbəylidə qurulan bir "təhsil" mərkəzində uşaqlara verilən dərslərin qeydləri ortaya çıxdı. O dərs qeydlərində 23 aprel, 19 may, 29 oktyabr, 30 avqust kimi rəsmi bayramları qeyd edənlərin kafir olacağına, Atatürk qanun və İnqilablarının, dövlət məhkəmələrinin, əsgərliyin, partiya və bayramların rədd edilməli olduğuna dair ifadələr var. Faylda bundan əlavə İŞİD-in uşaqlara verdiyi Kalaşnikovlarla çəkilmiş fotoşəkilləri də yer alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2017 11:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |