|
• DünyadaAzərbaycanlılar Yekaterinburqda məscid inşa edəcəklərÖtən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi "Azərbaycan" regional ictimai təşkilatının vilayətin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Nazirliyinə (DƏİEN) qarşı qaldırdığı iddiasını təmin edib. "Report" xəbər verir ki, iddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlı olub. 2011-ci ildə "Azərbaycan" təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı. Onun ərazisi 1,4 min kv. m təşkil etməli idi. Lakin 2016-cı ildə meriya tikinti icazəsinin alınmadığını, ərazidə tikintinin getmədiyini və icarə borcunun 9 min rubl (Təqribən 150 dollar) təşkil etdiyini əsas gətirərək sahənin geri qaytarılmasını tələb edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2017 12:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |