إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranın Mədəniyyət Nazirliyi: “Artsaxın səsi” qrupunun konserti ilə bağlı deyilənlər yalandır

“Qondarma “DQR”in “Artsaxın səsi” adlı musiqi qrupunun İrandakı konserti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-nın Tehran bürosuna İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsindən bildiriblər:

“Bu məlumat kökündən yanlışdır. İran qondarma Dağlıq Qarabağ Respublikasından olan hər hansı musiqi qrupuna ölkədə çıxış etmək üçün icazə verməyib”.

APA-nın Tehran bürosunun əldə etdiyi məlumata görə, İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsinin rəisi Fərzad Talebi bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi ilə telefonda danışıb və xəbəri təkzib edib.

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2017  15:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!