|
• DünyadaAyətullah Xamenei: İran xalqı təhdidlər qarşısında hansı mövqedə olduğunu göstərəcəkBu gün İranın Ali dini Rəhbəri Ayətullah Xamenei İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin hərbi işçi və komandirləri ilə görüşüb. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei çıxışında qeyd edib ki, heç bir düşmən İran xalını iflic edə bilməz: "Amerikanın yeni prezidenti deyir Obamaya təşəkkür edin. Nəyə görə? İrana qarşı sanksiyalar verdiyinə görə?, İŞİD-i yaratdığına görə? Bəlkə İraq və Suriyanı alovlandırdığına görə? Yoxsa 2009-cu il prezident seçkilərində fitnəkarları dəstəklədiyinə görə? Məhz o (Obama) İran xalqını iflic etmək qəsdilə sanksiyaları tətbiq etdi. Əlbəttə istəyinə çatmadı.Heç bir düşmən İran xalqını iflic edə bilməz”. Ali dini rəhbər ABŞ rəsmilərinin hədələrinə toxunaraq bildirib ki, İran xaqlı bir neçə gün sonra 22 bəhmən nümayişlərində (10 fevral ) bu sözlərə cavabını verəcək, İran xalqı təhdidlər qarşısında hansı mövqedə olduğunu göstərəcək. Ayətullah Xamenei bildirib ki, bu yeni gələn cənaba (Trampa) təşəkkür edirik! “Ona görə təşəkkür edirik ki, bizim zəhmətimizi azaldıb. Amerikanın həqiqi simasını ortaya qoydu. Bizim 30 ildən çoxdur Amerika hakimiyyət orqanlarında siyasi, iqtisadi, əxlaqi və ictimai pozğunluqlar haqqında dediklərimizi bu cənab gəldi həm seçkilər dövründə və həmdə seçkilərdən sonra açıq və lüt şəkildə göstərdi.” Ayətullah Xamenei Donald Trampın etdiklərinə toxunaraq bildirib ki, indidə onun (Trampın) gördükləri, Amerika insan haqlarının həqiqətinin nə olduğunu göstərir. Beş yaşlı usagı qandallayırlar. Onların dedikləri insan hüquqları budur. “Allahın rəhməti olsun İmama (İmam Xomeyini (rə)) O dahi şəxsiyyət Amerikanın həqiqətini dəfələrlə öz çıxışlarında və yazılarında açıqlayıb. Təkidlə vurğulayırdı ki, xalq və məsul şəxslər düşmənin mahiyyətini tanısınlar. Böyük Şeytana etimad etməkdən çəkinsinlər. Bu gün İlahi rəhmətinə qovuşmuş O əzizin (İmam Xomeyninin) dedikləri açıq şəkildə hamının gözü qarşısındadır.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2017 14:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |