إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu ilin ilk Ay tutulması fevralın 11-də baş verəcək

Fevralın 11-də alimlər Ay tutulmasının baş verəcəyi barədə xəbərdarlıq ediblər.

Bu kosmik hadisəsinin ardınca səmada “Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Həmin göy cismi Yer kürəsindən maksimal yaxın məsafədə olacaq. Ay tutulması Günəşin, Yer kürəsinin və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov Azertac-a bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimum səviyyədə olacaq, saat 06:51-də başa çatacaq. Bu hadisə Avropa, Asiya, Afrika, Cənubi Amerikada müşahidə ediləcək. Azərbaycanda isə səhərə yaxın izləniləcək bu təbiət hadisəsi zəif kölgəvari Ay tutulması adlanır. Onu ancaq xüsusi cihazlar vasitəsilə müşahidə etmək mümkündür.

X.Mikayılov diqqətə çatdırıb ki, bu il növbəti Ay tutulması avqustun 7-də Bakı vaxtilə saat 21:22-də başlayacaq, saat 22:20-də maksimum səviyyədə olacaq, saat 23:18-də isə sona çatacaq. Bu təbiət hadisəsi Asiya, Afrika, Avstraliya, Antarktida və Avropada, həmçinin Azərbaycanda müşahidə olunacaq.

Xatırladaq ki, cari ildə Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da Günəş tutulması saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. Avqustun 21-də isə saat 19:47-də başlayacaq ikinci Günəş tutulması saat 22:26-da maksimum səviyyədə olacaq, saat 01:04-də isə başa çatacaq.

Qeyd edək ki, Ay və Günəş tutulmaları müşahidə edilən ərazilərdə İslam dininin şəriət qaydalarına uyğun olaraq ayət namazı qılınır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2017  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!