إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nyu-Yorkda yəmənli mühacirlərdən viza qadağasına etiraz - Minlərlə mağaza bağlandı

Nyu-York şəhərində yaşayan yəmənlilər müsəlmanların ABŞ-a girişi qadağasına etiraz olaraq mağazalarını bağlayaraq etiraz aksiyaları keçirdilər və Bruklin rayonunda küçədə camaat namazı qıldılar.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərində yaşayan yəmənli müsəlman mühacirlər həftənin cümə-axşamı günü, günün ikinci yarısında Donlad Trampın ABŞ-a girişi qadağası qanununa etiraz əlaməti olaraq mağazalarını və restoranlarını bağladılar, etiraz aksiyaları keçirdilər və Bruklin rayonunda küçədə camaat namazı qılınıb.

Etiraz aksiyasına çağırış sosial şəbəkələr vasitəsilə həyata keçirilib və bunun ardınca cümə-axşamı günü mindən çox mağaza islamofob layihəyə etiraz əlaməti olaraq işini dayandırıb.

Etirazda iştirak edən yəmənlilərdən biri mağazasını bağladıqdan sonra dükanın qapısına yapışdırdığı elan vurub: "Mağaza tətildir, çünki ailə və uşaqlarım "JFK" hava limanında həbs ediliblər".

Aksiyada iştirak edənlər bildiriblər ki, biz küçələrə axışacağıq, hava limanlarında həbs olunan və digər ölkələrdə qalıb ABŞ-a geri dönə bilməyən qardaşlarımızın haqqını müdafiə edəcəyik. ABŞ-ın bu addımı ədalətli deyil.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donlad Trampın İran, İraq, Suriya, Liviya, Yəmən, Sumali və Sudan vətəndaşlarının Amerikaya səfərinə 90 günlük qadağa qoyulması, suriyalı vətəndaşların ABŞ-da sığınacaq almasının qadağası və 120 gün ərzində heç kimə heç bir siyasi sığınacağın verilməməsi qanunu müxtəlif ictimai və beynəlxalq qrumlar tərəfindən qınanıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2017  12:32 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!