|
|
50 ölkə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştiraklarını təsdiqləyib"Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün məsələlər vaxtlı-vaxtında həll olunur". Ahlibeyt.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib. O bildirib ki, hazırlıq prosesində növbəti addım nəqliyyat sistemi ilə bağlı işlərdir: "Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa variant fikirləşmişik. Daha ucuz və əlverişli vasitə tapılıb. Əsas odur ki, idmançılar razı qalsınla və yarış məkanlarına vaxtlı-vaxtında çatdırılsınlar". Nazir bildirib ki, əsas vəzifələri bütün 57 ölkənin İslamiadada iştirakını təmin etməkdir: "Bütün kompleklərdə işlər gedir. Çatışmayan avadanlıqlar sifariş olunub. Bu gün əsas vəzifəmiz odur ki. 57 İslam ölkəsinin hamısının yarışda iştirakını təmin edək. Bu rekordu da vuraq. 50 ölkədən təsdiq cavabı almışıq. 7 ölkənin nümayəndə heyəti bəzi səbəblərə görə gələ bilmir. Bir neçəsinin maliyyə problemi var. Çalışırıq ki, onlara da kömək edək". Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2017 15:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |