|
• DünyadaBeynəlxalq Hicab günü münasibəti ilə sərgi təşkil olunub - FOTO Beynəlxalq Hicab günü münasibətilə Kanadanın Alberta şəhərinin "Peter Pond" ticarət mərkəzində müxtəlif növ baş örtükləri və hicab geyimlərinin sərgisi təşkil olunub.
Ahlibeyt.az-ın Maide.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə “FMM Today” məlumatına yayıb.
Məlumata görə, ticarət mərkəzində müxtəlif növ hicab geyimləri və baş örtüləri sərgilənir və qadınlar sərgiyə gəlirək istədikləri geyim və baş örtüyünü əldə edir.
Xanımlar könüllü olaraq başlarını bağlatdırır və xoşları gəldiyi baş örtüyü olduqda onu hədiyyə alaraq gedir.
Sərginin təşkilatçıları bildirir ki, sərgi insanlar arasında maarifləndirmə işlərini aparmaq məqsədilə təşkil olunub. “İnsanların sualları cavablandırılır. Hicabın önəmi və əhəmiyyəti haqqında danışılır”.
Qeyd edək ki, fevralın 1-i "Beynəlxalq Hicab Günü" kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com
.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2017 15:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |