إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yaponiyada yaşayan müsəlmanlar Trampın qərarından narahatdırlar

Yaponiyada yaşayan müsəlmanlar Donald Trampın Yaxın Şərqin və Afrikanın yeddi ölkəsinin vətəndaşlarının, o cümlədən qaçqınların ABŞ-a girişini müvəqqəti qadağan edən qərarından narahatdırlar.

Ahlibeyt.az-ın AzerTac-a istinadla verdiyi məlumata görə, Tokio məscidlərindən birindəki Pakistan vətəndaşları bildiriblər ki, müsəlmanlar da digər dinlərin nümayəndələri kimi ABŞ-da çalışaraq bu ölkənin inkişafına töhfələr verirlər. Onlardan bir çoxu uzun müddət ABŞ-da işlədiklərini qeyd ediblər. Bildiriblər ki, ABŞ prezidentinin bu addımı bütün dünyada İslam əleyhinə meyllərin artmasına səbəb ola bilər.

Məlumatda əlavə olunur ki, bu məscid qeyri-hökumət təşkilatlarının vasitəsilə müharibədən qaçaraq Türkiyənin sərhəd rayonlarında yerləşən suriyalı qaçqınlara ərzaq və digər yardımlar göndərir.

Qeyd edək ki,ABŞ prezidentinin məlum qərarı ilə bağlı Yaponiyanın humanitar və ictimai təşkilatları öz etirazlarını bildirmişlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2017  14:43 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!