إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreyndə siyasi təşkilatlar Ayətullah İsa Qasimin müdafiəsi üçün xalqı meydanlara səslədi

"Bütün xalqı Ayətullah İsa Qasimin ətrafında toplaşmağa və sivil etiraz etmək məqsədi ilə küçələrə axışmağa dəvət edirik..."

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Bahrainmirror”məlumat yayıb.

Xəbərə əsasən, Bəhreynin “Əl-Vifaq” təşkilatı Ali-Xəlifə rejiminin zülmlərinə etiraz olaraq bəyanat yayıb. Ali-Xəlifə qüvvələrinin Dərraz bölgəsində Ayətullah İsa Qasimin evi önündə toplaşanlara hücum aktını qınayan təşkilat bildirib:

“Beynəlxalq cameədən xahişimiz budur ki, fürsət əldən getməmiş zülmə məruz qalmış xalqımızı müdafiə edin. Rejim qüvvələrinin son günlərdə Dərraza hücumları sübut etdi ki, ölkədə yaranmış sabitsizliyin əsas səbəbi kimdir. Bugün xalqımız silahlı hücuma məruz qalırlar. Bir neçə vətəndaş yaralanıb. 17 yaşlı Mustafa Həmdanın vəziyyəti ağırdır. Biz Dərraz bölgəsində toplaşan və rəhbərləri İsa Qasimi müdafiə edənlərə salam göndəririk. Bütün xalqı Ayətullah İsa Qasimin ətrafında toplaşmağa və sivil etiraz etmək məqsədi ilə küçələrə axışmağa dəvət edirik.”

“Mehr”-in verdiyi xəbərə əsasən, Bəhreynin “14 fevral” hərəkatı da Ayətullah İsa Qasimə dəstək olaraq aksiya çağırışı edib. Bu gün keçiriləcək olan aksiyasının adı “Ölümdən qorxmuruq” təyin olunub:

“Xalqımızdan Ayətullah İsa Qasimə dəstək və şəhidlərin qanına hörmət əlaməti olaraq aksiyaya qoşulmasını istəyirik. Alimlərin səsinə “ləbbeyk” deyin və kəfən geyinərək küçələrə çıxın.” - deyə hərəkat yaydığı bəyanatda bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2017  13:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!