|
• Mənəviyyat • MənəviyyatMöminlər cəhənnəmi görəcəkmi?Allah-təala Qurani-Kərimdə buyurur: "Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür"("Məryəm"ayə 71) Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar. Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir. Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bütün əməlisalehlər və günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin də qarşısında hərarətini itirər"("Nurus-səqəleyn",3-cü cild səh353). Bəs möminlərin cəhənnəmə daxil olmasının hikməti nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm qoyan möminlər, onun nemətlərindən əsl ləzzət aparacaqlar. Həzrət Məhəmməd(s) buyurur: "İnsanlar cəhənnəmə daxil olduqdan sonra əməlləri nəzərə alınmaqla, oradan bayıra çıxacaqlar. Bəziləri şimşək tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti yerişlə, bəziləri də adi yerişlə"("Nurus-səqəleyn",3-cü cild,səh.353) Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də təsdiq olunur: "Sonra biz Allahdan qorxub pis əməldən çəkinənlərə nicat verəcək, zalımları isə, orada diz üstə çökmüş halda saxlayacağıq"("Məryəm"ayə72)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2017 11:00 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |