|
• DünyadaDanimarkada Suriyadan çıxarılan nadir Quran nüsxəsinin və digər qiymətli əşyaların satıldığı aşkarlanıbŞimali Zelandiyanın(Kopenhagen ətrafında Zelandiya adasının şimal hissəsi) hakimiyyət orqanları və polisi Suriyadan qanunsuz çıxarıldığı ehtimal edilən qədim və yadigar əşyaların, mədəni dəyərlərin satılması cəhdləri ilə bağlı araşdırma başlandığını elan ediblər. Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,Danimarka KİV-lərinin məlumatında bildirilir ki, asayiş keşikçiləri yerli bazarda Müqəddəs Qurani-Kərimin nadir nüsxəsinin və digər qiymətli əşyaların satıldığını təsdiq edən məlumat alıblar. Bundan əlavə, yerli polis 1700-cü ilə aid tibbi şüşə qablar dəstinin cinayətkarların əlinə keçdiyini təxmin edirlər. Danimarka polisinin fikrincə, əslində, qədim əşyalar Krallığın hüdudlarından kənardadır və cinayətkarlar onların satışa çıxarılması barədə məlumatı Danimarkada yaymaqla, bu işi sürətləndirmək istəyirlər. Ekspertlər onu da bildirirlər ki, bu tarixi əşyaların Danimarkada alverçilərin əlində olması barədə məlumat gerçəkdirsə, qara bazarda onların qiyməti yüz minlərlə dollar civarında ola bilər. Kopenhagen Universitetinin mədəniyyətlərarası və regional tədqiqatlar departamentinin professoru Nibal Mühesen jurnalistlərə deyib: “Bu əşyalar çox dəyərlidir, əgər orijinaldırsa, deməli, mədəni irsə aiddir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2017 17:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |