İnterAz televiziyasının ilk milli peykimizdə yayımı bərpa olunur.
Ahlibeyt.az-ın İnterAz-a istinadən məlumatına görə, yanvarın 26-dan etibarən kanalın izləyiciləri İnterAz-a “AzərSpace-1” peykindən baxa biləcəklər. “Azərspace-1” peyki 46 dərəcə şərq uzunluğu dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. “İnteraz” telekanalı digər Azerbaycan telekanalları ilə eyni paketdədir.
“İnterAz” kanalı ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk televiziya kanalı olduğu üçün fəaliyyətə başladığı gündən milli-mənəvi dəyərləri özünə prioritet bilmişdir.
Kanalı peyklər vasitəsilə ölkəmizin, eləcə də dünyanın hər yerindən izləmək mümkün olduğundan “İnterAz” ana xətt olaraq öz tamaşaçılarına azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, dinimizi və dövlətçiliyimizi təbliğ etməkdədir.
“İnterAz” telekanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-2) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Həmçinin çoxmilyonluq Raduqa kabel operatoru vasitəsilə bütün Rusiya ərazisində baxılma imkanına malikdir. Bundan əlavə, efirimiz onlarla kabel və İPTV şəbəkələri vasitəsilə Azərbaycan, Rusiya və Ukraynada geniş izləyici kütləsinə qovuşur.
Bir daha xatırladaq ki, telekanal yanvarın 26-da “AzərSpace-1” peykində eyni paketdə yayımına davam edəcək.
Tezlik: 11175 H
Sürət: 27500