|
• DünyadaİŞİD-in Ənbardakı son qalası bombardman edildiİraq HHQ-in İŞİD terrorçularını bombardman etməsi nəticəsində onlarla terrorçu məhv edilib. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə əsasən,bu barədə Sputnik agentliyi məlumat yayıb. İraq HHQ ölkənin qərbində yerləşən Ənbar əyalətində İŞİD terrorçularının 2 təlim düşərgəsini bombardman edib. Azı 45 terrorçu məhv edilib. Hava zərbələri əl-Qaim şəhərinə - İŞİD terror təşkilatının Ənbar əyalətindəki son istinadgahına endirilib. Hərbçilərin məlumatına əsasən, birinci düşərgədə 15, ikincidə isə təxminən 30 terrorçu məhv edilib, daha 25-i isə yaralanıb. Onlara məxsus silah-sursat ehtiyyarları da məhv edilib. Xatırladaq ki, İraq hərbçiləri ölkənin şimalında İŞİD əleyhinə keçirilən Mosul əməliyyatına parallel olaraq, yanvar ayının əvvəlindən Ənbar əyalətinin qərbində də aktiv əməliyyatlara başlayıb. Qeyd edək ki, Ramadi və Fəllucə şəhərləri də daxil olmaqla, Ənbar əyalətinin böyük hissəsi 2016-cı ildə İŞİD terror təşkilatından azad edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Yanvar, 2017 12:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |