إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei Avropa İslam Tələbələr Assosiasiyasına müraciət ünvanlayıb

İran İslam İnqilabının Ali dini lideri Ayətullah Xamenei Avropada keçirilən İslam Tələbələr Assosiasiyasının 51-ci konfransına müraciət ünvanlayıb.

Ahlibeyt.az-ın iran mediasına istinadən məlumatına görə,iranın ali dini lideri Ayətullah Xamenei Avropa islam Tələbələr Asossiasiyasına ünvanladığı müraciətdə bildirib ki,imperializm və İslam şüarları adı ilə təbliğ olunan küfrə qarşı mübarizə hər kəsin boynunda olan bir vəzifədir.

Müraciətdə bildirilir:

Əziz tələbələr sizdən gözləntilərimiz budur ki, siz elmi təhsilinizlə yanaşı mənəvi, əxlaqi keyfiyyətlərinizi də inkişaf etdirərək ətrafınıza müsbət təsir göstərəsiniz və allah dininnin həqiqi ardıcıllarının sayının artmasına yardımçı olasınız.

Gənclik və tələbəlik hər biri insanın uca hədəflərinə çatmasına yardımçı ola biləcək xüsysiyyətdir. Sizin bu 2 özəllikdən əlavə daha tələbələrin bir üstünlüyü mövcuddur. O da sizin İslam tələbə təşkilatları vastəsilə yaşadığınız cəmiyyətə təsir etmək imkanınızdır.

Hər birimiz islamın düzgün mərifəti və düzgün ilahi yolun bərəkətli qaynağı olmalıyıq.Sizin pak və təmiz qəlbləriniz işıqlı, ümidli və parlaq olsun!


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2017  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!