|
|
İstənilən mövzuya obyektiv yanaşma varsa, bu elə dini yanaşma hesab oluna bilər - Hacı Şahin HəsənliSon zamanlar "dini kanal", "dini sayt", "dini qəzet" və sair kimi fikirlər çoxalıb.Ahlibeyt.az-ın məlumatına görə,mövzu ilə bağlı Simsar.az ilahiyyatçı alim Hacı Şahin Həsənliyə müraciət edib: Bir televiziya kanalının yaxud da hansısa media qurumunun "dini" adı altında fəaliyyət göstərməsi nə dərəcədə doğrudur? İlahiyyatçı Hacı Şahin Həsənli sualı cavablandıraraq aydınlıq gətirib. Onun sözlərinə görə istər xəbər saytları, istərsə də televiziya kanalları müxtəlif çeşidli mövzulara toxuna bilərlər, o cümlədən də dini mövzulara. Hacı Şahin Həsənli "Təcrübə bunu göstərir ki, insanlar geniş mövzulara toxunan KİV- lərə daha çox müraciət edirlər. Yəni , sırf dini mövzudan yazan sayt, yaxud dini verilişlər göstərən TV çox sayda oxucu, tamaşaçı cəlb etmir. Bəzi tv-lər var ki, ancaq dini mövzuları ışıqlandırır, saytlar isə ancaq dini mövzularda yazır. Düşünürəm ki, istər TV istərsə də xəbər saytlarında müxtəlif mövzulara toxunulsa daha effektli olar. Eyni zamanda, istənilən mövzuya obyektiv yanaşma varsa, bu elə dini yanaşma hesab oluna bilər". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 16:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |