|
• DünyadaBəhreyndə 3 gəncin edamı ölkədə geniş miqyaslı etirazlara səbəb olubBəhreynlilər ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirərək Ali Xəlifə rejimi tərəfindən şəhid edilən Əhli-Beyt (ə) ardıcıllarından olan 3 gənc fəalın yanvarın 15-də edam edilməsini pisləyib.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə, "Meraat" xəbər saytının məlumatında bildirilir ki, Manamada Barbar bölgəsinin əhalisi ötən gün əllərində şəhidlərin şəkilləri və şam tutaraq etiraz aksiyası keçirib.
Məlumata görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün qırma (saçma) güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.
"Amnesty International" Ali Xəlifəni tənqid edib
"Amnesty International" 3 bəhreynli gəncin edamına görə, Ali Xəlifə rejimini tənqid edib və bu edamı insan hüquqlarına bir zərbə hesab edib.
"Amnesty International"ın Bəhreyndəki nümayəndəliyinin rəis müavini Cimah Hədid deyib ki, 2010-cı ildən bu yana ilk dəfə Bəhreyndə edam hökmünün icrası bu ölkə rəsmiləri üçün böyük məğlubiyyətdir.
"Alwasat" qəzetinin fəaliyyəti dayandırılıb.
Bəhreyn İnformasiya Nazirliyi “Alwasat” internet qəzetinin fəaliyyətini dayandırıb və saytı bağlanıb. Bəhreyn rejimi elan edib ki, bu qəzet Bəhreyn xalqının arasında milli birliyi pozan yazılar dərc etdiyi üçün bağlanıb.
Bu qəzet bundan öncədə Bəhreyn hökuməti tərəfindən bağlanmışdır. "Alwasat" qəzeti Bəhreyn müxaliflərinə yaxın qəzetdir. 2002-ci ildə təsis olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2017 17:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |