|
• DünyadaSergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərtləri açıqlayıb"Dağlıq Qarabağ"ın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır". Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib. "Bu, artıq mücərrəd bir şey deyil. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil", - deyə S.Lavrov bildirib. Onun sözlərinə görə, münaqişə ilə bağlı hələ münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar var. "Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir"", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2017 13:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |