|
• DünyadaBu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək2017-ci ildə hər il olduğu kimi 2 Ay və 2 Günəş tutulması qeydə alınacaq ahlibeyt.az-ın məlumatına görə,bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib. Məlumata görə, Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları ölkəmizdə görünməyəcək: “İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Buna yarım və zəif kölgəvari Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulması isə saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Azərbaycanda da günbatandan sonra tutulmanın bir hissəsini görə biləcəyik”. Qeyd edək ki,Ay və Günəş tutulmalarının müşahidə olunduğu ərazilərdə İslam şəriət qaydalarına uyğun olaraq ayət namazı qılınması vacibdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017 15:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |