إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyanın Simferepol şəhərində Cümə məscidi inşa ediləcək

Simferepolda ilk böyük Cümə məscidinin inşası üçün podratçılara yaxın günlərdə ilkin olaraq 1 milyard rubl ayrılacaq.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Krım regionu üzrə deputatı Ruslan Balbek deyib.

Cümə məscidi şəhərin cənub hissəsində tikiləcək. Layihəyə görə, məscidin əsas hissəsi 37x37 metr, gümbəzin hündürlüyü 28 metr olacaq. Həmçinin dəstəmaz otaqları və digər yardımçı sahələr hazırlanacaq.

Məscid həm də hər birinin ucalığı 50 metr olan 4 minarəsilə seçiləcək.

Rusiya inşaatçılarının tikəcəyi Cümə məscidi 2019-cu ildə möminlərin istifadəsinə veriləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017  14:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!