إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyanın ən böyük müsəlman ölkəsi üçün Həcc ziyarətinin kvotası artırılıb

Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyanın Həcc kvotası artırılıb.

Ahlibeyt.az-ın  Maide.az-a istinadən məlumatına görə, İndoneziyada  Həccə getmək üçün kvota sayı 50 min nəfərə qədər artırılıb.

Həcc kvotası 168  min 800-dən 221 minə qaldırılıb. Bunu İndoneziya RespublikasınınPrezidenti Coko Vidodo elan edib.

Qeyd  edək ki,  Səudiyyə Ərəbistan  2013-cü ildə İndoneziyanın həcc kvotasının 20 faiz azaltmışdır.

İndoneziyanın 250 milyon nəfər əhalisi var və ölkə  əhalisinin 88%-i İslam dininə etiqad edir.

Qeyd edək ki,Səudiyyə Ərəbistanı Həcc nazirliyi Məkkə şəhərində aparılan tikinti və Kəbə ətrafının genişləndirmə işlərinin sona çatması ilə  bağlı  Həcc ziyarətinə gedənlərin sayına qoyulan məhdudiyyəti aradan qaldırdığı barədə açıqlama verib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2017  11:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!