|
• Mənəviyyat • MənəviyyatQəflət hər bir giriftarçılığın başlanğıcıdırO kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran,ayə191) İmam Sadiq (ə) buyurmuşdur: "Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolçusunun on şeyi bilməsi zəruridir: 1. Haqq və batili tanımaq. 2. Sadə yaşamağı sevmək. 3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək. 4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə). 5. İşlərin aqibəti haqda fikirləşmək (ölüm və qiyamət). 6. İbadətdə öz nöqsanlarına diqqət. 7. İbadətdə səy göstərmək. 8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qürurlanmamaq). 9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünki qəflət şeytanın torudur və hər bir giriftarçılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır. 10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2017 17:05 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |