إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səudiyyə Ərəbistanı İrana Həcc üçün rəsmi dəvətnamə göndərdi

Bu ilin dəvətnaməsi öncəki illər ilə müqayisədə çox fərqli bir şəkildə yazılmışdı və İranın Həcc mərasimi üçün nəzərdə tutduğu şərtlər əsasında bu məktubun cavabı yaxın günlərdə veriləcəkdir.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,bunu İranın Həcc və ümrə ziarətinin təşkili idarəsi rəsmisi mətbuat toplantısı zamanı bildirib.

İranın Ali dini lideri Seyiid əli Xameneinin Həcc işləri üzərə nümayəndəsi höccət ul-İslam Seyid Əli Qazi Əskər Ərəbistanın bu ilin Həcc mərasimi üçün rəsmi dəvətnamə göndərdiyini xəbər verərək bildirib ki,məsələ ilə bağlı Ərəbistanın Həcc məsulları ilə danışıqlar aparılacaq.

Xatırladaq ki,bir müddət əvvəl Səudiyyə Ərəbistanı bu il Həcc mərasiminin təşkili ilə bağlı müzakirələrə İran tərəfinə dəvət gönddərdiyini bildirsə də iranlı rəsmilərin belə bir dəvət almadığlarıı barədə rəsmi açıqlama verilmişdi.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Həcc ziyarəti zamanı Minada faciə yaşanıb və 769 hacı dünyasını dəyişib.Onlardan çoxu İran vətəndaşı olub. Səriştəsiz həcc ziyarətinin təşkilinə görə Səudiyyə heç kəsdən üzr istəməyib. Bundan sonra yaranan siyasi gərginliklə bağlı İran zəvvarların təhlükəsizliyini təmin etməyənə qədər vətəndaşlarının Həcc və Ümrə ziyarətlərinə qatılmayacağını bəyan edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2017  14:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!