|
|
İran səfiri: “Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”“Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirlikdə xatirə kitabının açılması ilə əlaqədar açıqlamasında deyib. O bildirib ki, Rəfsəncaninin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə çox yaxşı münasibətləri olub: "O zaman Naxçıvanda xalq təzyiq və problemlə üz-üzə qalanda Rəfsəncani yardımlar etmişdi. Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi”. Səfir bildirib ki, Rəfsəncaninin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti İrana gedəcək və başsağlığını çatdıracaq. Səfir Azərbaycan-İran münasibətlərinin gündən-günə inkişaf etdiyini söyləyib: “Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”. Qeyd edək ki, İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün Tehranda İran islam Resbublikasının qurucusu Ayətullah Musəvi Xomeyni ilə yanaşı dəfn ediləcək. Mərasimdə İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei, prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər İranda Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib. Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb. O, yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2017 11:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |