|
• Dünyadaİranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat edib - FOTOİranın Məsləhət Şurasının sədri, sabiq prezident Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib Ahlibeyt.az-ın İran KİV-lərinə istinadən məlumtına görə Ayətullah Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.
Bununla əlaqədar İranda 3 günlük matəm və çərşənbə axşamı bir günlük tətlil elan olunub.
Qeyd edək ki, Ə.Ə.Haşimi Rəfsəncani dekabrın 8-i ürəyində yaranmış problemə görə Tehranda xəstəxanalardan birinə yerləşdirilmişdir.
Əli Əkbər Haşimi Rəfsəncani 1989-97 illərdə iki dəfə prezident vəzifəsini icra edib. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri,Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin üzvü həmçinin İslami Azad Universitetinin təsisçisi olub.
Məlumata görə, İranın ali dini rəhbəri Ayətullah Xamenei yanvarın 10-da Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək və Tehran Universitetində ona cənazə namazı qılacaq.
İran saytlarının məlumatına görə, mərhum Haşimi Rəfsəncaninin cənazəsi Tehran Universitetində namaz qılındıqdan sonra Tehranın yaxınlığında yerləşən İmam Xomeyninin (rəh) məqbərəsinə aparılacaq və orada dəfn olunacaq.
Xatırladaq ki, bundan öncə İran KİV-ləri mərhum Haşimi Rəfsəncaninin Qumda dəfn olunacağını yazmışdır.
Hazırda mərhumun cənazəsi Camaran hüseyniyyəsinə gətirilib.
Allah rəhmət etsin
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2017 11:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |