9 Yanvar, 2017
İranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat edib - FOTO

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib

Ahlibeyt.az-ın İran KİV-lərinə istinadən məlumtına görə  Ayətullah Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

Bununla əlaqədar İranda 3 günlük matəm  və çərşənbə axşamı bir günlük tətlil elan olunub.

Qeyd edək ki, Ə.Ə.Haşimi Rəfsəncani dekabrın 8-i ürəyində yaranmış problemə görə Tehranda xəstəxanalardan birinə yerləşdirilmişdir.

Əli Əkbər Haşimi Rəfsəncani 1989-97 illərdə iki dəfə prezident vəzifəsini icra edib. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri,Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin üzvü həmçinin İslami Azad Universitetinin təsisçisi olub.

Məlumata görə, İranın ali dini rəhbəri Ayətullah Xamenei yanvarın 10-da Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək və Tehran Universitetində ona cənazə namazı qılacaq.
İran saytlarının məlumatına görə, mərhum Haşimi Rəfsəncaninin cənazəsi Tehran Universitetində namaz qılındıqdan sonra Tehranın yaxınlığında yerləşən İmam Xomeyninin (rəh) məqbərəsinə aparılacaq və orada dəfn olunacaq.
Xatırladaq ki, bundan öncə İran KİV-ləri mərhum Haşimi Rəfsəncaninin Qumda dəfn olunacağını yazmışdır.

Hazırda mərhumun cənazəsi Camaran hüseyniyyəsinə gətirilib.

Allah rəhmət etsin

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6076.html